Oymaç şorbası - RESEPT
Bizi izləyin

Mətbəx

Oymaç şorbası - RESEPT

Ərzaqlar:

4 stəkan su

1 stəkan qatıq

1 ədəd yumurta

2 xörək qaşığı un

1 xörək qaşığı süzmə

1 xörək qaşığı kərə yağı

1 çay qaşığı nanə

1 çay qaşığı duz

1 çay qaşığı pul bibər

Hazırlanması:

Unu düz qaba tökün. Üzərinə əlinizlə su səpib umac edin. Hazırladığınız xəmiri qaynayan suya qarışdıra-qarışdıra əlavə edin.

Yumurtanın sarısını və ağını ayırın. Yumurta sarısının içərisinə qatıq və süzmə töküb çalın. Umacınızın qaynadığı su soyuduqdan sonra qatığın çürüməməsi üçün qazana az-az əlavə edərək qarışdırın. Duz töküb qaynadın. Kiçik bir tavada kərə yağını əridin. Nanə və pul bibəri qızardıb şorbanın üzərinə töküb servis edin.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm