Bomba həyəcanı: mindən çox insan evakuasiya olundu
Bizi izləyin

Dünya

Bomba həyəcanı: mindən çox insan evakuasiya olundu

Almaniyanın Köln şəhərinin mərkəzində İkinci Dünya müharibəsindən qalma bomba tapılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, tonlarla çəkisi olan partlamamış hərbi sursatı tikinti işçiləri aşkar ediblər. Partlayış təhlükəsi olduğu üçün şəhərdən bir neçə min insan evakuasiya edilib. Xüsusilə də Reyn çayının sahilindəki evlər boşaldılıb.

Bundan əlavə, Doyç və Qoqensollernov körpüsü də bağlanıb. Təhlükəli ərazidə nəqliyyatın hərəkəti dayandırılıb.

Bomba zərərsizləşdirildikdən sonra sakinlər evlərinə qayıdıblar.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm