Ev telefonunu mobil telefona yönləndirmək mümkün olacaq
Bizi izləyin

Texnoloji

Ev telefonunu mobil telefona yönləndirmək mümkün olacaq

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Aztelekom" MMC yeni “Aztelphone” xidmətini istismara verib.Belə ki, MMC Bakı şəhəri və regionlar üzrə abunəçilərin stasionar telefon nömrələrinin xaricə daşınması xidmətini tətbiq edib.

Publika.az-ın İctnews.az-a istinadən verdiyi xəbərə görə, bu barədə “Aztelekom” MMC-nin Marketinq və satış departamentinin rəhbəri Razi Tağıyev məlumat verib.

Onun sözlərinə görə, xidmətə qoşulmaq istəyən abunəçilər Telekommunikasiya qovşaqlarına müraciət edə bilər.

Qovşağa yaxınlaşıb xidmətə qoşulmaq istəyən abunəçiyə loqin və parol verilir. Loqin abunəçinin ev nömrəsi, parol isə istədiyi rəqəmi və ya hərf kombinasiyasından ibarət ola bilər. Bundan sonra növbəti mərhələdə abunəçi ona aid şəhər telefon nömrəsini bu xidmət üçün ayrılmış nömrəyə (0124660000) yönəltməlidir. Bu əməliyyatdan sonra abunəçinin ev nömrəsi onun mobil qurğusuna (smartfon və planşet) yazılan “Aztelphone” proqramı vasitəsilə daşınır.

Abunəçi respublikanın istənilən bölgəsində olduqda ona edilən zənglər və onun istənilən nömrəyə, o cümlədən mobil telefona etdiyi zənglər müvafiq tariflərə uyğun hesablanır.

Belə ki, bu xidmət çərçivəsində Bakı telefon abunəçiləri paytaxtın ev telefon abunəçiləri ilə istənilən qədər pulsuz danışa bilər. Eyni zamanda Bakı Telefon qovşaqlarının abunəçilərinin də ona etdiyi zənglər pulsuz olacaq. Həmin abunəçi rayon telefon abunəçisinə zəng etdikdə isə dəqiqəsi 5 qəpikdən ödəniş etməli olacaq. Əgər telefonu mobil telefona yönləndirən abunəçi xaricdədirsə, onun rayonundan olan abunəçinin ona etdiyi zənglər pulsuz olacaq.

Xidmətin aylıq abunə haqqı 20 manatdır. R.Tağıyev hesab edir ki, xidmətin əsas istifadəçiləri arasında şirkətlər və dövlət müəssisələri ola bilər:


"Bu xidmətdən dövlət və özəl qurumların nümayəndələri də istifadə edə bilər. Bir daha qeyd edim ki, xidmət bütün respublika abunəçiləri üçündür. Dünyada analoqu olmayan xidmət "Aztelekom"un uzun müddət apardığı araşdırmalar nəticəsində ərsəyə gəlib".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm