Dünyanın ən təhlükəli və cahil qadını - FOTOLAR
Bizi izləyin

Dünya

Dünyanın ən təhlükəli və cahil qadını - FOTOLAR

Ötən əsrin əvvəllərində İrlandiyadan ABŞ-a mühacirət edənlər arasında 15 yaşlı sadə qız da vardı. Kim bilərdi ki, iş tapmaq ümidi ilə bir çoxları kimi ABŞ-a köçən yeniyetmə az sonra bütün ölkədə tanınacaq. Özü də təhlükəli olması ilə.

Publika.az təhlükəli xəstəlik daşıyıcı olmuş, ABŞ və dünya tarixinə ən təhlükəli qadınla bağlı maraqlı məqamları təqdim edir:

Günlərin bir günü ABŞ mətbuatı və səhiyyə orqanı Mamaronek şəhərində qarın yatalağı xəstəliyinin yayılması haqda rəsmi məlumat verdi. Bunu varlı ailənin evində aşpaz kimi fəaliyyətə başlayan qadınla əlaqələndirmək heç kimin ağlına gəlməzdi. Axı onun davranışlarında, işində heç bir çatışmazlıq yox idi.

Çox keçmədən Merinin aşpaz işlədiyi varlı ailənin üzvləri qızdırmadan və ishaldan əziyyət çəkməyə başladılar. İki həftə sonra ailə üzvlərinin 7-si (bəzi mənbələrə görə 8-i) qarın yatalağı xəstəliyi diaqnozu ilə xəstəxanaya yerləşdirildilər.

Buradan uzaqlaşan qadın Lonq Aylend şəhərində digər zəngin ailənin evində aşpaz kimi işə başladı. Bir neçə gün sonra həmin ailənin üzvləri də təhlükəli xəstəlik diaqnozu ilə xəstəxanaya gətirildilər.

Meri yenidən iş yerini dəyişdi. Bir müddət sonra çalışdığı növbəti iş yerində də ailənin aqibəti digər ailələrinki kimi oldu.

Bütün bunların Meri Mellonla bağlı olduğunu ehtimal edən tibb işçiləri qadından analiz verməyi xahiş etdilər. Lakin o, sağlam olduğunu iddia edərək, bundan qəti şəkildə imtina etdi. Şəhərdə qarın yatalağı xəstəliyinə yoluxanların sayının gündən-günə artması, üstəlik, bu insanların Merinin işlədiyi yerlərdə viruslara yoluxmaları dövlət orqanlarını qəti seçim qarşısında qoydu. Zorla müayinə etdirilmiş qadının qarın yatalağı xəstəsi olması üzə çıxdı.

Onu Nort-Brazer adasına, 3 il müddətinə icbari karantinə göndərdilər. Çox keçmədən qadının adada tək qalmasını məqsədəuyğun hesab etməyən Merini müalicə edən həkim bildirdi ki, aşpaz işləməməsi şərtilə onu karantindən xilas etmək olar. Bu şərtlərlə azad olunmuş qadın yenidən materikə qayıtdı.

Çox keçmədən qadın daha az əmək haqqı almaq şərtilə əvvəlki iş yerinə qayıtdı. Soyadını dəyişdirərək Meri Braun adı ilə yenidən aşpaz işləməyə başlayan qadın bir neçə gün ərzində daha 25 insanı xəstəliyə yoluxdurdu. Xəstəliyə yoluxanlardan birinin - Sloun Qadın Xəstəxanasının işçisinin həyatını xilas etmək mümkün olmadı.

Bu səbəbdən ABŞ-ın inzibati orqanları saxta soyadla gizlənən qadını taparaq onu səhiyyə işçilərinin rəyi əsasında həbs etdilər. Meri yenidən adaya karantinə göndərildi.

Bütün ABŞ-da məşhur olmuş bu təhkükəli qadın mətbuatın diqqət mərkəzində, gündəmində idi. Meri xüsusi şərtlər altında jurnalistlərə müsahibələr verirdi. Onun xəstəliyi artıq elə təhlükəli həddə çatmışdı ki, hətta qadının əlindən stəkan almaq riskli idi.

Bədbəxt qadın bir qədər sonra yenidən bəzi imtiyazlara sahib oldu. Ona adadakı laboratoriyada texnik işləməyə icazə verdilər.

1938-ci ildə sətəlcəmdən dünyasını dəyişmiş Meri ömrünün son 6 ilini iflic insultu ilə yaşadı. 69 yaşında vəfat etmiş qadının nəşini yandırmaq lazım gəldi.

Ümumilikdə 47 insanı təhlükəli xəstəliyə yoluxdurmuş Meri ABŞ tarixinə qarın yatalağı xəstəliyini işləyə-işləyə yaymış, xəstəliyi ayaqüstə keçirmiş insan, dünya tarixinə isə ən təhlükəli və cahil qadın kimi düşdü.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm