Hadisə
Bakıda öldürülən keçmiş polislə bağlı ŞOK FAKTLAR
Avqustun 28-nə keçən gecə Nizami rayon Əzimzadə küçəsi
20 ünvanında baş vermiş dəhşətli qətl hadisəsi gündəmin əsas
mövzusuna çevrilib. Çünki qətlə yetirilən 1975-ci il təvəllüdlü
Nadir İbrahimov keçmiş polis işçisi olmaqla yanaşı, adı
qalmaqallarda hallanan “Butastone” tikinti şirkətinin
təsisçilərindən biri olub. Daha maraqlı fakt isə budur ki, qətlə
yetirilən N.İbrahimov həmin şirkətdə şəriki olan Namiq Əsədovla
uzun müddətdir ki, konfliktdə imiş. N.Əsədov isə bir müddət əvvəl
“Beynəlxalq Bank işi” ilə əlaqədar tutulan və daha sonra sərbəst
buraxılan iş adamı Nizami Piriyevin qaynıdır.
Publika.az müsavat.com-a istinadən xəbər verir ki,
N.İbrahimovu həmyerlisi Rövşən Həsənov aralarında yaranan münaqişə
zəminində “Makarov” tapançasından açdığı 8 güllə ilə qətlə yetirib.
Respublika Prokurorluğunun məlumatında bildirilir ki, saat 01
radələrində 1982-ci il təvəllüdlü Rövşən Həsənov Nadir İbrahimovu
şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zəminində
“Makarov” markalı tapançadan ona 8 dəfə atəş açaraq qətlə
yetirib.
Hadisə yerindən özünəməxsus “Lexus” markalı 10-VM-006 dövlət
qeydiyyat nişanlı avtomobillə uzaqlaşarkən “Chevrolet” markalı
avtomobillə toqquşub. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı
xəsarət almış R.Məmmədov xəstəxanaya yerləşdirilib. Nadir İbrahimov
3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılsa da, onu xilas etmək
mümkün olmayıb. Hadisəni törədən Rövşən könüllü olaraq Nizami Rayon
Polis İdarəsinin 25-ci polis bölməsinə gələrək istintaqa təslim
olub. O, “Makarov” markalı tapançanı və patron darağını təhvil
verib.
Hadisə ilə bağlı xəbər yayıldıqdan sonra mediada qətlin
motivləri ilə bağlı maraqlı məqamlar ortaya çıxıb. İlk olaraq belə
iddia səslənib ki, qətl qız üstündə baş verib.
Milli.az sayt Nizami Rayon Polis İdarəsindən öyrənib ki,
tərəflərdən birinin sevdiyi qızın telefonuna zəng gəlib. Telefonu
qızın sevgilisi götürüb və görüş təyin ediblər. İlkin ehtimala
görə, atışma da məhz elə qız üstündə mübahisədən yaranıb. Ancaq
N.İbrahimovun facebook səhifəsində paylaşdığı şəkillərindən aydın
olub ki, o, ailəli olub. Onun qızı ilə birlikdə fotosu da var.
Üstəlik, qətlə yetirilənin qatildən 7 yaş böyük olması, həmçinin
əvvəlcədən tanış və həmyerli olmaları (tam dəqiqləşdiriməmiş
məlumata görə, onlar gürcüstanlıdır) qız üstündə mübahisə
ehtimalını sual altına qoyur.
O zaman isə diqqətlər N.İbrahimovun biznes işlərinə
yönəlib. Yuxarıda qeyd etdiyimiz kimi, qətlə yetirilən “Butastone”
şirkətinin təsisçilərindən biri olub. Mətbuatda dəfələrlə
adıçəkilən şirkətdə baş verən özbaşınalıqlar barədə məlumatlar
yayılıb. Belə ki, həmin şirkətdə çalışan və əmək haqlarını ala
bilməyən fəhlələrin bir neçə dəfə mətbuatda şikayəti dərc olunub.
Bu problemlərə səbəb kimi isə şirkətin həmtəsisçiləri olan Nizami
Piriyevin qaynı Namiq Əsədovla Nadir İbrahimovun arasında olan
konflikt göstərilib. Namiq Əsədov işinin öhdəsindən gəlmədiyi üçün
Nadiri baş direktor vəzifəsindən uzaqlaşdırıb və səlahiyyəti öz
üzərinə götürüb.
Amma tərəflər arasında konflikt bundan sonra daha da qızışıb və iş
məhkəməyədək gedib çıxıb. Qətlə yetirilən Nadir İbrahimov məhkəmədə
iddia qaldıraraq Namiq Əsədovla birgə çalışdığı müddətdə tanınmış
şirkətlərin birindən gördükləri tikinti işlərindən alacaqları 200
min manata yaxın vəsaitə həbs qoyulmasına nail olub. Ancaq məlumata
görə, bir ilə yaxın sürən məhkəmə dartışması Nizami Piriyevin
müdaxiləsindən sonra dayanıb.
Mediada hələ o zaman yayılmış məlumatlarda iddia olunurdu ki,
Namiq Əsədov Nadirə yeznəsinin adı ilə psixoloji təsir göstərərək
bütün məhkəmə instansiyalarını “Piriyevin yaxın adamları” olduğuna
inandırıb. Sonda Nadir İbrahimov Namiq Əsədovla barışmaq
məcburiyyətinə qalır.
İddialara görə, Namiq Əsədovun arxasında yeznəsi Nizami Piriyev
dayanıbsa, Nadir İbrahimovu nazirliklərdən birində baş idarənin
rəisi vəzifəsində çalışan Gürcüstan doğumlu bir general himayə
edirmiş. Daha doğrusu, general onun qohumu imiş. Belə xəbərlər var
ki, Nizami Piriyevlə Namiq Əsədov həmin generalı inandıra biliblər
ki, “Butastone” şirkətindəki neqativ hallarla bağlı məlumatı
mətbuata onun qohumu ötürürmüş. Və bundan sonra həmin general Nadir
İbrahimova məhkəmə çəkişməsindən əl götürməyi məsləhət bilib.
Bundan sonra Nadir barışmağa məcbur olur.
Ancaq bu barışığın üstündən iki həftə keçməmiş Namiq
Əsədovun əsas dayağı olan Nizami Piriyev Beynəlxalq Bank işinə görə
qəfil həbs olunur.
Xatırladaq ki, Beynəlxalq Bank işinin əsas fiqurantlarından biri
də Nizami və Nəsib Piriyevlərdir. Nizami Piriyev bir müddət həbsdə
qalsa da, sonradan borcunu ödəyəcəyi öhdəliyi ilə azadlığa
buraxılıb. Amma bir neçə gün əvvəl məlum olub ki, oğul Piriyev
Beynəlxalq Banka külli miqdarda borcu olduğu üçün İnterpol xətti
ilə axtarışa verilib. Oğul Piriyevin Beynəlxalq Banka 170 milyon
dollar kredit borcu olduğu iddia olunur. Qeyd edək ki, qətlə
yetirilən N.İbrahimovun şəriklik etdiyi “Butastone” şirkəti
Piriyevlərə məxsus “Azmeco International Finance LLC”nin tərkibinə
daxildir.
İstisna deyil ki, istintaq N.İbrahimovla keçmiş şəriki arasında olan konfliktə də diqqət yetirəcək. Çünki qətlin motivi ilə bağlı yayılmış xəbər - hadisənin qız mübahisəsinə görə baş verməsi inandırıcı görünmür.
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar