Kənd təsərrüfatı istehsalçılarına verilən yardımların mexanizmi müəyyənləşib
Bizi izləyin

Qırmızı.az

Kənd təsərrüfatı istehsalçılarına verilən yardımların mexanizmi müəyyənləşib

Azərbaycan Respublikası Nazirlər Kabineti bəzi qərarlarına əlavələr və dəyişikliklər edib.

Publika.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarına buğda və çəltik səpininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin qiymətinə tətbiq edilən güzəştin məbləğinin dövlət tərəfindən ödənilməsini Respublika Komissiyası və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təmin edəcək.

Qərarda göstərilir ki, Komissiya və Maliyyə Nazirliyi kənd təsərrüfatı məhsulları istehsalçılarına satılmış mineral gübrələrin qiymətinə dövlət büdcəsinin vəsaiti hesabına tətbiq edilən güzəştin məbləğinin ödənilməsi sənədlərin təqdim edilməsinin yubanması ilə əlaqədar olaraq cari ildə ayrılmış büdcə vəsaiti hesabına mümkün olmadıqda, həmin ödənişlərin növbəti il üçün dövlət büdcəsində bu məqsədlə nəzərdə tutulan vəsait hesabına aparılmasını təmin etməlidir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm