Avtomobil kanala düşdü, sürücü öldü
Bizi izləyin

Hadisə

Avtomobil kanala düşdü, sürücü öldü

Neftçalada avtomobil su kanalına düşüb, sürücü boğulub.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, FHN-nin “112” qaynar telefon xəttinə Neftçala rayonunda su kanalına “VAZ” markalı minik avtomobilinin düşməsi və içərisində 1 nəfərin olduğu barədə məlumat daxil olub.

Dərhal FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) dalğıc-xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və su kanalına düşüb. Xilasedicilər sürücünün meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil verilməsini təmin ediblər. Əməliyyat saat 08:48-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm