Sabah Bakıda 30 dərəcə isti olacaq
Bizi izləyin

Qırmızı.az

Sabah Bakıda 30 dərəcə isti olacaq

Sabah Bakıda 30 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, avqustun 30-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz keçəcək. Əsən qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Temperatur gecə 19-22, gündüz 26-30 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm