Qardaşı ölən şəxs həkimi döydü - VİDEO
Bizi izləyin

Hadisə

Qardaşı ölən şəxs həkimi döydü - VİDEO

Mingəçevir şəhərində vəfat edən şəxsin qardaşı həkimə hücum edərək ona ağır bədən xəsarətləri yetirib.

Publika.az Region TV-yə istinadən xəbər verir ki, Mingəçevir şəhər sakini, 47 yaşli Bilal İlyasovun vəziyyəti ürək xəstəliyi ilə əlaqədar qəflətən pisləşdiyi üçün onun yaxınları Mingəçevir şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimini evə dəvət ediblər. Həkim xəstəyə ilkin tibbi yardım göstərsə də, xəstə dünyasını dəyişib. Mərhumun qardaşı Fəxrəddin İlyasov həkim Mikayıl Əliyevə hücum edərək xəstənin ölümündə onu günahlandırıb və həkimin baş və bədən nahiyəsinə yumruq zərbələri endirib. Həkim gözündən ağır xəsarət alıb.

Mərkəzi Şəhər Xəstəxanasında tibbi yardım alan həkim hadisə ilə bağlı Mingəçevir şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm