Kobzon: “Rusiya ABŞ-la diplomatik əlaqələri kəsməlidir”
Bizi izləyin

Dünya

Kobzon: “Rusiya ABŞ-la diplomatik əlaqələri kəsməlidir”

Tanınmış rusiyalı müğənni və Dövlət Dumasının üzvü İosif Kobzon Rusiya hakimiyyətinə ABŞ-la diplomatik əlaqələri dayandırmağı məsləhət görüb.

Publika.az xəbər verir ki, bu barədə deputat “rusnovosti”yə açıqlamasında deyib.

“Mən bir müddət ABŞ-la diplomatik əlaqələri kəsərdim. Qoy onlar anlasınlar ki, Rusiya ilə zarafat etmək olmaz. Rus xalqı azaddır və öz ölkəsini sevir. Bizimlə zarafat etməyi heç kimə məsləhət görmürəm”, - deyə Kobzon bildirib.

Qeyd edək ki, daha əvvəl deputat Rusiya prezidenti Vladimir Putinin sayəsində Avropa İttifaqına tibbi viza əldə etdiyini bildirmişdi.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm