Hadisə
Bakıda tikinti şirkətinə basqın edib xeyli pul apardılar
Bakıda tikinti şirkətinə quldur basqını olub.
Hadisə avqustun 28-də gecə saat 04:00 radələrində baş verib. Belə ki, naməlum şəxslər “Qaraçay” tikinti şirkətinin ofisinə soxularaq oradan içi pulla dolu olan seyfi aparıblar.
Xətai Rayon Polis İdarəsindən vesti-az-a verilən məlumata görə, basqınçılar ofisin mühafizəçisi, 1948-ci il təvəllüdlü Zama Əbdülseyid qızı Bəşirovanı bıçaqla hədələyərək onun əl-qolunu bağlayıblar. Daha sonra ofisə girərək içində 50 min manat və şirkətin sənədləri olan seyfi oğurlayıblar.
Basqınçıların şəxsiyyəti hələ müəyyən edilməyib. Polis faktla bağlı araşdırma aparır. (musavat.com)
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!