Təpədən dırnağa gözəlləşdirən xardal yağı
Bizi izləyin

Gözəllik

Təpədən dırnağa gözəlləşdirən xardal yağı

Xardal yağı geniş şəkildə istifadə edilməsə də, həm gözəllik, həm də sağlamlıq məsələlərində ən effektli vasitələrdən sayılır. Tərkibində omeqa 3 yağ turşusu, dəmir, fosfor, lif, kalsium, sink və maqnezium var. Xardal yağının faydalarını və ondan istifadə qaydalarını öyrənmək istəyirsinizsə, Publika.az-ın təqdim etdiyi yazını mütləq oxuyun.

Xardal yağının faydaları:

*Qaşıntını aradan qaldırır.

*Sellülit və çatları azaldır.

*Xardal yağı ilə başı masaj edildikdə ağrısı dayanır.

*Ayaqların və ombanının arıqlaması, formaya düşməsi üçün həmin bölgələri xardal yağı ilə masaj etmək lazımdır.

*Əzələ ağrılarını azaldır.

*Arıqlamaq istəyənlərə tövsiyə edilir.

*Dəri hüceyrələrini ətraf mühitin mənfi təsirindən qoruyur.

*Xardal yağı saç üçün də faydalıdır. Saçı günəşin və saç feninin mənfi təsirindən qoruyur.

*Saçların tökülməsinin qarşısını alır. Daha parlaq görünməsini təmin edir.

Bəs, xardal yağından necə istifadə etmək lazımdır?

Əgər xardal yağı ilə ayaqlarınızı incəltmək istəyirsinizsə, 1 xörək qaşığı suyun içərisinə 3-5 damcı yağ töküb həmin bölgəni masaj edin.

Bu yağdan üz dərinizə qulluq üçün istifadə edəcəksinizsə, zeytun yağı ilə qarışdırın.

Saçlarınızın daha gözəl və sağlam görünməsi üçün isə 1 stəkan suya 1 damcı xardal yağı töküb yaxşıca qarışdırmaq və içmək lazımdır. Gündə bir dəfədən artıq içmək olmaz. Hər ehtimala qarşı mütləq həkimlə məsləhətləşin.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm