Ronaldo: “Ən böyük qorxum...”
Bizi izləyin

İdman

Ronaldo: “Ən böyük qorxum...”

"Real"ın və Portuqaliya millisinin ulduz oyunçusu Ronaldo şəxsi həyatı barədə danışıb.

Publika.az xəbər verir ki, məşhur "Libero" dərgisinə müsahibə verən futbolçu ən böyük qorxusundan danışıb:

“Ən böyük qorxum gənc yaşlarda ölməkdir. Qoca vaxtı ölmək istəyirəm, təxminən 80-90 yaşlarda... Vaxtımı ailəmlə, dostlarımla və oğlumla keçirməyi sevirəm.

Adi insan olmağa çalışıram. Oğlumla oynamağı onunla vaxtımı keçirməyi çox sevirəm. Ətrafımdakı insanlar həmişə məni stimullaşdırır. Onların müsbət aurası var, bu da mənim üçün çox vacibdir.

Hər anımdan həzz almağa çalışıram.

Futbol oynamağı sevirəm və istəyirəm ki, oyunum azarkeşlərimin xoşuna gəlsin. Ən yüksək pillədə qalmaq üçün daim məşq edirəm”.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm