121 illik viski tapılıb - FOTO
Bizi izləyin

Dünya

121 illik viski tapılıb - FOTO

Şotlandiya dağlarında qədim körpünün təmiri zamanı fəhlələr viski ilə dolu butulka tapıblar.

Bundan əlavə, metal qutuda 1894-cü ilə aid olan qəzet də aşkarlanıb. Əşyalar yaxınlıqda yerləşən Nyutonmer şəhərindəki muzeyə göndərilib. 121 yaşı olan viskinin dadına baxmaq istəyənlər çoxdur, lakin çaxırdan fərqli olaraq butulkada olan viskinin dadı illər keçdikcə dəyişir.

Qeyd edək ki, bundan əvvəl ən qədim viski 1907-ci ildə Ernest Şekltonun cənub qütbünə uğursuz ekspedisiyasından sonra Antarktidan tapılan viski şüşəsi hesab olunurdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm