Parisdə vintaj geyimlərin sərgisi açılacaq
Bizi izləyin

Dəb

Parisdə vintaj geyimlərin sərgisi açılacaq

Oktyabrın 17-18-də Parisdə Karro-dyu-Tampl bazarında 60-ci illərin sonu və 70-ci illərin ortalarının dəbinin ən yaxşı nümunələrini təqdim olunacaq.

AZƏRTAC buro247.az saytına istinadla xəbər verir ki, sərginin təşkilatçısı fransız stilist, dizayner və kolleksioner Olivye Şatenedir. Dizayner 15 obraz hazırlayıb. Onların arasında mərkəzi yeri Yves Saint Laurent markasından jaket-safari geyimi tutur. "Bu jaketdə ilk dəfə 1968-ci ildə model Veruşka "Vogue" France jurnalının səhifələrində görünüb, 1969-cu ildə isə onu kolleksiyaya daxil ediblər", - deyə dizayner izah edir.

Sərgidə trençlərin, geyimlərin, kombinezonların müxtəlif variasiyaları da təqdim ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm