Azərbaycan Rusiyadan mühərrik alacaq
Bizi izləyin

Ekopublika.az

Azərbaycan Rusiyadan mühərrik alacaq

Azərbaycan Rusiya istehsalı olan PD-14 avia mühərriki alacaq.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu yaxınlarda "Perm motor zavodu" ilə müqavilə bağlanılması da gözlənilir.

Rusiyanın Sənaye və Ticarət nazirinin müavini Andrey Boqinski bildirib ki, "PD-14" mühərrikinin quraşdırıldığı cihazlarda ilk uçuş oktyabrın sonu, noyabrın əvvəlində baş tutacaq.

Ümumi çəkisi 14 ton olan "PD-14" mühərriki iki konturlu iki vallı turboreaktiv mühərrikdir. Motor MC-21-300 təyyarələri üçün istehsal edilir.


"PD-14" mühərriki


"PD-14" mühərriki ilk dəfə MAKS-2015-aviasalonunda təqdim edilib. Hətta istehsalçılar sərgidə iştirak etmək üçün sınaq proqramına fasilə veriblər.

"Perm motor zavodu"nun baş direktoru Sergey Popov bu fasiləni belə izah edib: "Biz çox deyə bilərik ki, mühərrik istehsal edirik, sınaqlar keçiririk. Amma sifarişçi üçün əsas onu görməkdir. Sərgidə motorun gələcək sifarişçiləri texniki mütəxəssislərlə onun haqqında konkret sualları müzakirə edə bilərlər."


"PD-14" mühərriki

Oxumağa davam et
Reklam
Reklam

Gündəm