Avstriyada 3 miqrant uşaq xilas edilib
Bizi izləyin

Dünya

Avstriyada 3 miqrant uşaq xilas edilib

Avstriyada 23 miqrantın olduğu mikro-avtobus saxlandıqdan sonra 3 uşaq xilas edilib. 5-6 yaşlarında olan 2 qız və 1 oğlan usağı ölümcül halda xəstəxanaya çatdırılıb.

Həkimlər deyib ki, onlar xəstəxanaya 2-3 saat gec çatdırılsa idi xilasları mümkün olmayacaqdı. Suriya, Banqladeş və Əfqanıstandan olan bu insanları daşıyan sürücü yüksək sürətlə hərəkət etdiyi üçün polisin diqqətini cəlb edib. Rumın sürücü həbs edilib.

Cümə axşamı günü 71 qaçqının cəsədi aşkar edilib. Hadisə ilə bağlı Macarıstanda 4 nəfər nəzarət altına alınıb.

Onlardan 3-ü 29, 30 və 50 yaşlarında bolqarlar, 4-sü isə 28 yaşlı əfqandır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm