Hamilələr bu qidalardan uzaq dursunlar!
Bizi izləyin

Sağlamlıq

Hamilələr bu qidalardan uzaq dursunlar!

Hamiləlik dövründə qadınlar yediklərinə, içdiklərinə fikir verməlidirlər. Çünki ən kiçik bir səhv həm ananın, həm də körpənin sağlamlığına pis təsir edə bilər.

Publika.az hamiləlik dövründə xanımların qida menyusundan çıxarılmalı olan qidaları araşdırıb:

\

Kofein

Qəhvə içməyi tərgidin. Körpə üçün çox zərərlidir. Tərkibində kofein olan hər şeydən uzaq durun.

Kifli pendirlər

Kifli pendirlərin tərkibində bakteriyalar olur. Bu bakteriyalar bir körpənin ölü doğulmasına səbəb ola bilər. Hamiləlik dövründə əsla belə pendirlər yeməyin.

Qaraciyər

Qaraciyərin tərkibində çoxlu miqdarda “retinol” adlı maddə var. Hamiləlikdə qaraciyər başda olmaqla tərkibində retinol olan heç bir qidanı yeməməlisiniz. Çünki bu maddə orqanizmdə toplanaraq qalır və körpəyə zərər verir.

Az bişmiş ət və yumurta

Hamiləlik dövründə tərkbində bakteriya ola biləcək heyvan mənşəli qidalar bişirildikdən sonra yeyilməlidir. Yumurtanı və əti yaxşı-yaxşı bişirin.

Pasterilizə edilməmiş süd və süd məhsulları

Pasterilizə edilməmiş süd və süd məhsulları təhlükəli mikroorqanizmlər ehtiva edir. Bu isə qida zəhərlənməsinə, ananın uşağı salması və ya körpənin ölü doğulması ilə nəticələnər.

Suşi

Çiy balıqda bakteriya və parazit ehtimalı olduğu üçün onu yemək çox risklidir. Hamiləlik dövründə əsla çiy balıq yeməyin.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm