Kürdlər çətin durumda
Bizi izləyin

Dünya

Kürdlər çətin durumda

İraq hökuməti Ərbil ilə yaşanan neft böhranı səbəbindən 2016-ci ildə kürdlərə qarşı sanksiya tətbiq etməyə hazırlaşır. Sanksiya çərçivəsində kürd muxtariyyətinə dərman, qida, maye yanacaq və digər məhsulların ixracına qadağa qoyula bilər.

Axar.az xəbər verir ki, bu barədə İraq Parlamentinin Maliyyə Komissiyasının katibi Əhməd Rəşid məlumat verib.

Onun sözlərinə görə, hökumət 2016-cı il üçün hazırlanan büdcə qanununda Kürdüstan bölgəsinin 17 faizlik payı üzərində müzakirələr aparır. Eyni zamanda indiyə qədər təsdiq olunan layihələrdə kürdlərə yer verilməyib.

Xatırladaq ki, kürd muxtariyyəti iyun ayından etibarən müstəqil şəkildə neft satmağa başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm