Alimlər sübut ediblər ki, rahat sinif otağı qızlarda...
Bizi izləyin

Qadın

Alimlər sübut ediblər ki, rahat sinif otağı qızlarda...

Alimlər müəyyən ediblər ki, qızların kompyuter elmləri ilə məşğul olmaqdan imtina etməsinə sinif otağındakı şərait təsir edə bilər.

Eksperimentdə 14-18 yaşlı 269 qız və oğlan iştirak edib. Yeniyetmələrə iki kompyuter otağının şəkilləri göstərilib: 1-ci adi qaydada – cərgə ilə düzülmüş kompyuterlər və detalları, divarlardan asılımış kompyuter oyunlarının afişaları tərtib edilib. İkinci kabinetdə isə divarlardan məşhur rəsm əsərlərinin reproduksiyası asılıb, pəncərələrə dibçək gülləri qoyulub. Şagirdlərə məşğələlərin belə sinif otaqlarında keçiriləcəyi halda informatika və proqramlaşdırma dərslərini məktəb cədvəlinə daxil etmələri ilə bağlı suallar ünvanlanıb.

Təcrübənin nəticələri göstərir ki, kabinetin interyerinin oğlanlara heç bir təsiri olmayıb. Qızların əksər hissəsi isə 1-ci otaqda dərs keçməkdən imtina edib, 2-ci otaqda məşğələlərə getməyə razılıq veriblər.

Tədqiqat müəllifləri bunun psixologiya ilə əlaqədar olduğunu iddia edirlər: qızlar özlərini rahat hiss etmək üçün özlərini təcrid olunmuş hiss etməməlidirlər. Sinif otağının qərəzli “kişi” interyeri isə məhz belə təsir göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm