Qırmızı.az
Qubadlının işğalından 22 il ötür
Azərbaycanın Qubadlı rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından bu gün 22 il ötür.
Publika.az xəbər verir ki, Qubadlı rayonu
erməni işğalçıları tərəfindən 31 avqust 1993-cü ildə zəbt
olunub.
Qubadlı rayonu əlverişli coğrafi mövqeyi, təkrarsız təbiəti,
yalçın qayaları və sıldırım dağları ilə fərqlənir, Bərgüşad və
Həkəri çayları ona xüsusi rövnəq verir.
Rayonun müdafiəsi zamanı 283 könüllü qəhrəmancasına həlak olub,
onların yeddisi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Erməni silahlı birləşmələrinin əlindən qurtulmuş insanlar hazırda
respublikanın 47 bölgəsində məskunlaşıblar.
Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə
yaradılıb.
Rayon ərazisində müxtəlif növ ağaclardan ibarət 13 160 hektar
dövlət meşə fondu mövcud idi. Qubadlı rayonunda 150-1600 illər
arasında olan nadir növlərdən ibarət 10-dan artıq iri diametrli
ağaclar təbiət abidəsi kimi qorunurdu. Dəniz səviyyəsindən 1600
metr yüksəklikdə yerləşən və sahəsi 20 min hektar olan, zəngin
flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli
kəsilməkdə olan bir çox heyvan və quş növləri mühafizə
olunurdu.
Qubadlı rayonunun ərazisində ehtiyatları 6247 min kubmetr və
mişar daşı üçün yararlı, istismara cəlb olunmuş Hacılı tuf,
ehtiyatları 990 min kubmetr olan tikintiyə yararlı Xanlıq kəndində
yerləşən gil, ehtiyatları 1,1 min ton olan Eyvazlı bəzək-əlvan
(əqiq) və Həkəri çayı sahilində ehtiyatları 84 min kubmetr /gün
olan yeraltı şirin su yataqları var idi.
Erməni işğalçıları tərəfindən rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri istismar olunu b , özünün qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz təbiət guşələri dağıdılıb və məhv edilib .
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”