Azərbaycanlı bəstəkardan xanımına hədiyyə
Bizi izləyin

Magazin1

Azərbaycanlı bəstəkardan xanımına hədiyyə

Şair-bəstəkar Tural Bayraməliyev növbəti kompozisiyasını xanımı Mehribana həsr edib. Onun “Mehriban” adlanan yeni mahnısı evliliklərinin bir ilinə ərməğandır.

Bu barədə Publika.az-a müəllif özü məlumat verib:

“Kompozisiyanı eyni zamanda sevib-sevilən, qəlbi sevgi ilə döyünən gənclərə həsr edirəm.Bu melodiyanın sevgi rəmzinə çevriləcəyinə inanıram”.

Qeyd edək ki, yeni bəstənin aranjemanı İlkin Həsəniyə məxsusdur. Məşhur musiqiçi Muhittin Kadriyənin rəhbərliyi və böyük orkestr heyətinin müşayiəti ilə bəstə Türkiyədə lentə yazılıb.

Öyrəndik ki, “Mehriban” tezliklə ekran həllini də tapacaq. Tural Bayraməliyevin məlumatına görə, türkiyəli rejissor qonşu ölkədə kompozisiyaya klip çəkəcək. Klip iki gəncin sevgisindən bəhs edəcək. Obrazı türkiyəli aktyorlar canlandıracaq. Çəkilişin Böyük adada reallaşdırılması nəzərdə tutulub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm