Jurnalistlərin həbsi diplomatik qalmaqal yaratdı – FOTO
Bizi izləyin

Dünya

Jurnalistlərin həbsi diplomatik qalmaqal yaratdı – FOTO

Ötən həftə Misirdə “Əl-Cəzirə” televiziyasının 3 əməkdaşı barəsində üç il həbs qərarı çıxarılması diplomatik qalmaqala səbəb olub.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, sözügedən qərarla əlaqədar BMT, ABŞ və Böyük Britaniya Misir hökumətinə etirazını bildirib.

Böyük Britaniyanın Qahirədəki səfiri isə Misirin Xarici İşlər Nazirliyinə çağırılıb.

Xatırladaq ki, Misir məhkəməsi Qətərin “Əl-Cəzirə” televiziya kanalının 3 əməkdaşı – Məhəmməd Fehmi (Kanada vətəndaşı), Peter Greste (Avstraliya vətəndaşı) və Bahir Məhəmməd (Misir vətəndaşı) barəsində üç il müddətinə həbs qərarı çıxarıb. Sözügedən jurnalistlər Misirdə ictimai sabitliyi pozmaqda və terror təşkilatlarına dəstək verməkdə günahlandırılır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm