Bakının şimal və cənub girişlərində güclü tıxac var
Bizi izləyin

Qırmızı.az

Bakının şimal və cənub girişlərində güclü tıxac var

İş həftəsi yenə tıxaclarla başlayıb. Bakının bəzi küçə və prospektlərində tıxac var.

Publika.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, hazırda Şıxəli Qurbanov, Səməd Vurğun, Oqtay Vəliyev küçələrində, Azadlıq prospekti, Bakı-Sumqayıt və Bibiheybət yolunda güclü tıxac müşahidə olunur.

Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.

Ceyhun Səlimov küçəsi - Hərbi hospitalın yanı, Mikayıl Müşfiq küçəsi (Nərimanov heykəlinin yanı) və Xudu Məmmədov küçəsində asfalt-beton örtüyünün yenilənməsi ilə bağlı hərəkət məhdudlaşdırılıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm