Erməni ermənini azərbaycanlı bilib öldürdü
Bizi izləyin

Dünya

Erməni ermənini azərbaycanlı bilib öldürdü

Tavuş rayonunun Verin Tsaxkavan kənd sakini naməlum şəxsi azərbaycanlı bilərək qətlə yetirib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, kənd sakini A.Alik adlı şəxsə qarşı cinayət işi açılıb.

Verilən məlumata görə, hadisə yanvarın 4-də saat 22:00 radələrində baş verib. Araşdırmalar zamanı Alikin yolda qətlə yetirdiyi şəxsin əslində 49 yaşlı O.Viktor olması məlum olub.

Alikin verdiyi ifadəyə əsasən, naməlum şəxs ünsiyyət qurmaqdan imtina edib və onun başa düşmədiyi dildə danışıb. Ona görə də Alik onu azərbaycanlı bilərək ov tüfəngindən atəş açıb.

A.Alik barəsində başqa yerə getməmək barədə qəti imkan tədbiri seçilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm