Şəmkirdə uşaq bağçası yandı
Bizi izləyin

Hadisə

Şəmkirdə uşaq bağçası yandı

Şəmkirdə uşaq bağçası yanıb.

Region.TV xəbər verir ki, bu gecə saat 01:30 radələrində Şəmkir rayonunun Qaracəmirli kəndində körpələr evində yanğın baş verib.

Ümumi sahəsi 240 kvadratmetr olan inzibati binanın 2 otağının və çardağının yanar konstruksiyaları 60 kvadratmetr sahədə yanıb. Yanğının qarşısını almaq üçün əraziyə əvvəlcə Şəmkir Dövlət Yanğından Mühafizə Hissəsinin 125 saylı bölməsinin şəxsi heyəti cəlb olunub. Sonradan rayon mərkəzindən canlı qüvvə və texnika da hadisə yerinə cağırılıb. Görülən tədbirlər nəticəsində alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm