Qırmızı.az
AZAL-la uçanların kartları üzrə balların hesablanması şərtləri dəyişilir
Xidmətlərinin təkmilləşdirilməsi çərçivəsində "AZAL
Miles" bonus proqramına yeniliklər tətbiq edilib. Yeni sistemə
miqrasiyaya 2015-ci il avqustun 1-də başlanılıb, bonus proqramının
tam keçidinin 2015-ci ilin sonunadək başa çatdırılması
planlaşdırılır.
Bank Silk Way-ın mətbuat xidmətindən
Publika.az-a daxil olan məlumata görə, "AZAL
Miles"-ın qaydaları müştərilərə daha faydalı və maraqlı proqram
təqdim etmək üçün dəyişdirilib.
Yeni təqdim edilən “Millər” “Səyahət Balları” (Travel Points)
ilə əvəz edilib. “Səyahət Balları” aviaşirkətin reysləri ilə
uçuşlara və “Bank Silk Way” və “AZAL Miles” müştərək ko-brend
kartları vasitəsilə alış-veriş/xidmət ödənişlərinə görə hesablanır.
“Səyahət Balları” AZAL reyslərində aviabiletlər üzrə əsas tarifin
ödənişi və xidmət sinfinin artırılması üçün istifadə oluna
bilər.
Yeni bonus proqramının hazırlanması zamanı "British Airways" və
"Caribbean Airlines" aviaşirkətlərinin təcrübəsindən istifadə
edilmişdir. Öz proqramını işləyib hazırlayan Britaniyanın "Loyalty
Consulting UK" şirkətidir.
“AZAL Miles” bonus proqramının mövcud iştirakçıları üçün
balansda olan hər bir “Mil” bir “Səyahət Balı” ilə əvəz ediləcək.
Müştərilərdən tələb olunan sadəcə qeydiyyat elektron poçt ünvanını
təsdiq etməkdir. Yeni bonus proqramının işə salınması haqqında
bildiriş müştərinin qeydiyyat elektron poçt ünvanına
göndəriləcək.
"Azal Miles" proqramının iştirakçılarının iştirakçı
güzəştlərindən yararlanmasını asanlaşdırmaq və onlara proqramda öz
profilini idarə etmə imkanı verən yeni "Azal Miles" mobil proqramı
təqdim edilmişdir.
Dəyişikliklər “AZAL Miles” partnyor proqramının yenilikləri ilə
əlaqədardır. 2015-ci ilin sentyabrın 1-dən Bank Silk Way-ın “Miles”
kartları üzrə ballar aşağıdakı şəkildə hesablanacaq.
Ölkəxarici əməliyyatlara görə balların (Travel Points)
hesablanması şərtləri:
“Visa Classic Miles” kartı ilə ödəniş zamanı hər 5 AZN üçün 1
Travel Point;
“Visa / MC Gold Miles” kartı ilə ödəniş zamanı hər 4,50 AZN üçün 1
Travel Point;
“Visa Platinum Miles” kartı ilə ödəniş zamanı hər 4 AZN üçün 1
Travel Point.
Ölkədaxili əməliyyatlara görə balların (Travel Points)
hesablanması şərtləri:
“Visa Classic Miles” kartı ilə ödəniş zamanı hər 10 AZN üçün 1
Travel Point;
“Visa / MC Gold Miles” kartı ilə ödəniş zamanı hər 9 AZN üçün 1
Travel Point
“Visa Platinum Miles” kartı ilə ödəniş zamanı hər 8 AZN üçün 1
Travel Point.
Bank Silk Way-ın "Miles" kartı bank kartının üstünlüklərini və
"Azal Miles" proqramının iştirakçısının imtiyazlarını özündə
birləşdirən müştərək ödəmə kartıdır. Gündəlik alış-veriş və
xidmətlərin haqqını "Miles" kartı vasitəsilə ödəniş edərək, kartın
sahibi öz hesabına ballar toplayır.
Bank kartından mümkün qədər tez-tez istifadə etmək və istənilən
alış-veriş üçün mağazalarda əlavə komissiya olmadan ödəniş etmək
lazımdır. Hər alış-verişə görə avtomatik ballar hesablanacaq.
Ballar dünyanın istənilən valyutasında ödənişlər zamanı
hesablanır.
Dəyişikliklər barədə daha ətraflı məlumatı bankın internet səhifələrində www.banksilkway.az / www.miles.swbank.az, bankın rəsmi Facebook səhifəsində, yaxud (012) 931 nömrəli telefona zəng edərək əldə etmək olar.
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ