Taekvondoçularımız Polşadan 7 medalla döndülər
Bizi izləyin

İdman

Taekvondoçularımız Polşadan 7 medalla döndülər

Avqustun 29-30-da Polşanın paytaxtı Varşava şəhərində ənənəvi “Polish open” G1 kateqoriyalı beynəlxalq reytinq turniri keçirilib.

Publika.az xəbər verir ki, turnirdə Azərbaycanın taekvondo üzrə gənclərdən və böyüklərdən ibarət yığma komandaları iştirak edib. Böyüklərdən ibarət milli komandamız 5, gənc komandamız isə 20 taekvondoçu ilə təmsil olunub.

Yarışda mübarizə aparan idmançılarımız yüksək əyarlı medallar əldə ediblər. Gənclərin yarışında İlham Əliyev (45 kq), İlayda Kardelen Çiftci (46 kq) və Qaşim Maqomedov (51 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Cavid Məmmədov (-45 kq) və Gülsüm Gültəkin (59 kq) turnirdə gümüş medallar qazanıblar. Əliəskər Əliyev (68 kq) isə yarışı bürünc medalla başa vurub.

Böyüklərin yarışında İlk Avropa Oyunlarının qalibi Milad Beigi Hərçəqani (80 kq) qızıl medala yiyələnib.

Komandalarımız beynəlxalq yarışa, böyüklərdən ibarət komandanın baş məşqçisi Reza Mehmandoust, böyük məşqçi Elnur Amanov, eləcə də gənclərdən ibarət milli komandanın baş məşqçisi Mamed Abdullayev, böyük məşqçi Zahid Məmmədov və məşqçi müəllim Vurğun Cəfərovun rəhbərliyi ilə yollanıb. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev də komanda ilə birlikdə olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm