Tovuzda dəhşətli qəza: maşın iki yerə bölündü, 4 nəfər öldü - FOTOLAR
Bizi izləyin

Hadisə

Tovuzda dəhşətli qəza: maşın iki yerə bölündü, 4 nəfər öldü - FOTOLAR

Tovuzda baş verən yol qəzası zamanı 4 nəfər ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, avqustun 30-da saat 01.00 radələrində Tovuz rayonunun Qaraxanlı kəndində kənd sakini Rəsul Süleymanov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanmış həmkəndlisi Zeynalabdin Zeynalova məxsus “KamAZ” markalı avtomobilə vurub.

Nəticədə R.Süleymanov və sərnişinlərindən həmyerliləri Murad Əliyev, Ehtiram Quliyev hadisə yerində ölüblər. Xəsarət almış digər sərnişini İbrahim Əsədov isə xəstəxanada dünyasını dəyişib.

Faktla əlaqədar Tovuz RPŞ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm