Kəmaləddin Heydərov Tərtərdə qəbul keçirdi - FOTO
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov Tərtərdə qəbul keçirdi - FOTO

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Tərtər şəhərində Tərtər, Bərdə və Ağdam rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

Publika.az xəbər verir ki, fövqəladə hallar naziri tərəfindən qəbul edilən 20 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr məsələləri ilə bağlı 154, digər məsələlərlə bağlı müraciət etmiş 78 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm