Siyavuş Novruzov səlahiyyətli nümayəndə oldu
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov səlahiyyətli nümayəndə oldu

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov Mərkəzi Seçki Komissiyasında (MSK) qarşıdan gələn parlament seçkilərində hakim partiyanın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınıb.

Bu barədə Publika.az-a S.Novruzov özü məlumat verib.

Xatırladaq ki, MSK-nın bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının (YAP) 158 nəfər, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) 21 nəfər və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) 10 nəfər səlahiyyətli nümayəndələri də qeydə alınıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm