Ukrayna seçim qarşısında: qanun layihəsi birinci oxunuşdan keçdi
Bizi izləyin

Dünya

Ukrayna seçim qarşısında: qanun layihəsi birinci oxunuşdan keçdi

Ukraynanın Ali Radası Konstitusiyaya dəyişikliklərin daxil edilməsi haqqında qanun layihəsini birinci oxunuşda səsverməyə çıxarıb.

Publika.az “Unian” agentliyinə istinadən xəbər verir ki, qanun layihəsini 265 deputat dəstəkləyib, 87 deputat bitərəf qalıb, 11-i isə səsvermədə iştirak etməyib.

Hakimiyyətin demərkəzləşdirilməsini nəzərdə tutan dəyişikliklər Donetsk və Luqansk vilayətlərinə heç bir xüsusi status vermir, həmçinin Ukraynanın unitar dövlət quruluşunu saxlayır.

Qanun layihəsi sabah ikinci oxunuşda səsverməyə çıxarılacaq. Konstitusiyaya dəyişikliklərin qəbul olunması üçün parlamentin 300 deputatı dəyişikliklərə tərəfdar çıxmalıdır.

Qeyd edək ki, Rusiya və onun dəstəklədiyi separatçılar Ukraynanın federallaşmasının və regionlar üçün xüsusi statusun Konstutusiyada əksini tapmasını tələb edirdilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm