Prezidentliyə namizəd Kanada ilə sərhəddə divarın inşasını təklif etdi
Bizi izləyin

Dünya

Prezidentliyə namizəd Kanada ilə sərhəddə divarın inşasını təklif etdi

ABŞ-da prezidentliyə namizəd, Viskonsin ştatının qubernatoru Skott Uoker Kanada ilə sərhəddə divar inşa edilməsini təklif edib.

Publika.az “Guardian” nəşrinə istinadən xəbər verir ki, NBC telekanalına müsahibə verən qubernator Kanada ilə həmsərhəd Nyu-Hempşir ştatına şimaldan ekstremistlərin keçdiyini iddia edib.

“Ştatın hüquq-mühafizə orqanlarının əməkdaşları bir həftə əvvəl mənimlə görüşdə qanuni narahatlıqlarını ifadə ediblər. Buna görə də sərhəddə divarın inşası məsələsinin müzakirəsi kifayət qədər məntiqlidir”, - Uoker bildirib.

Bundan əvvəl isə ABŞ prezidentliyinə digər namizəd, respublikaçı Donald Tramp bildirib ki, prezident seçiləcəyi halda Meksika ilə sərhəddə divarın inşası barədə göstəriş verəcək. Milyarder bununla da qeyri-leqal miqrasiya ilə mübarizədə önəmli addımın atılacağını düşünür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm