Nida.az
Rauf Arifoğlu: “Namizədliklə bağlı niyyətim var”
"Yeni Müsavat" qəzetinin baş redaktoru və təsisçisi Rauf Arifoğlu doğulduğu Tovuz rayonundan namizədliyini irəli sürə bilər.
Baş redaktor Teleqraf.com-a açıqlamasında bildirib ki, o, seçkilərdə iştirakla bağlı qəti qərar verməyib: "Seçkilərdə iştirak etmək niyyətim var, amma hələ qəti qərar verməmişəm. Prosesləri izləyirəm, dairələrə baxıram. Əgər qərar verəsi olsam, bu, bir-iki gün ərzində həll olunacaq məsələdir. Ona görə də tələsmirəm".
R.Arifoğlu qeyd etdi ki, namizədliyini vermək istəsə, 106 saylı Tovuz-Ağstafa-Qazax seçki dairəsini seçəcək: "Doğulduğum kənd bu dairədə yerləşir. Amma seçkilərdə iştirak etməyə də bilərəm. Açığı, seçkilərdə iştirakla bağlı böyük iddiam, həvəsim yoxdur".
Baş redaktor təbliğat kampaniyası dövründə müxalifətdən olan namizədlərə "Yeni Müsavat" qəzetinin dəstək verib-verməyəcəyinə də toxundu: "Bəzi dostlara güzəştlər olunacaq. Amma indidən bu barədə heç nə deyə bilmərəm. Məqamı yetişəndə bununla bağlı da qərarımızı verəcəyik".
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı