“Qəbələ” Qriqorçukun sabiq komandasıyla qarşılaşacaq
Bizi izləyin

İdman

“Qəbələ” Qriqorçukun sabiq komandasıyla qarşılaşacaq

“Qəbələ”nin Premyer Liqada yaranan fasilə dövründəki hazırlıq planı müəyyənləşib.

Publika.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsindən “Panatinaikos”la (Yunanıstan) avqustun 27-də keçirilən cavab oyunundan (2:2) sonra istirahətə buraxılan futbolçular sentyabrın 1-də bir araya gələcək. “Qırmızı-qaralar” həmin gün təlim-məşq toplanışı üçün Ukraynaya yollanacaq. Komandamız Odessa şəhərində 6 gün hazırlıq keçəcək. Sentyabrın 7-də Azərbaycana dönəcək Roman Qriqorçukun yetirmələrinin Ukrayna toplanışı çərçivəsində yoxlama oyunu keçirməsi planlaşdırılıb. Komandamız sentyabrın 6-da “Çernomorets”lə qarşılaşacaq. “Qəbələ” təlim-məşq toplanışına tam heyətlə yollanmayacaq. Belə ki, milli komandaların düşərgəsində olan futbolçular hazırlıqlarda iştirak edə bilməyəcək. Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Rəşad Sadiqov və Elvin Camalov Azərbaycan, Ermin Zets Bosniya və Herseqovina, Sergey Zenyov Estoniya millisinin düşərgəsindədir.

Xatırladaq ki, “qırmızı-qaralar” yığmaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra ilk qarşılaşmasını sentyabrın 13-də keçirəcək. “Qəbələ” Premyer Liqanın 4-cü turunda səfərdə “İnter”lə görüşəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm