"Azdrama"da üsyan: aktyorlar ayağa qalxdı – ETİRAZ
Bizi izləyin

Magazin1

"Azdrama"da üsyan: aktyorlar ayağa qalxdı – ETİRAZ

Akademik Milli Dram Teatrının bir qrup aktyoru ölkə prezidenti İlham Əliyevə məktubla müraciət edib.

Teatrdan Publika.az-a verilən məlumata görə, 29 nəfərin imza atdığı həmin müraciətdə yaradıcı heyət teatrın düşdüyü ağır durumdan prezidentə şikayət edib. Onlar İsrafil İsrafilovun direktor işlədiyi müddətdə teatrda intriqaların baş alıb getdiyini vurğulayaraq ən qısa zamanda prosesin dayandırılmasını prezidentdən xahiş ediblər.

Aktyorlar teatrın əvvəlki şan-şöhrətinin özünə qaytarılması arzusunda olduqlarını yazıblar.

Müraciəti imzalayan aktyorlardan əldə etdiyimiz məlumata görə, bu məsələ ilə bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin narazı aktyorlarla görüşü nəzərdə tutulub.

Məsələyə münasibət öyrənməyə çalışsaq da, Mədəniyyət və Turizm Nazirliyindən telefonlara cavab verən olmayıb.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm