“Qəbələ”də yeni transfer!
Bizi izləyin

İdman

“Qəbələ”də yeni transfer!

Tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qəbələ” heyətinə daha bir futbolçu cəlb edib.

Publika.az xəbər verir ki, “Qırmızı-qaralar” millimizin hücumçusu Vaqif Cavadovu sıralarına qatıb.

Ötən mövsümü Türkiyənin “Boluspor” klubunda keçirən və yay fasiləsində “Xəzər Lənkəran”a keçən Cavadov Cənub klubunda debüt etmədən “Qəbələ”yə keçib. Klublar arasında razılığa görə, 26 yaşlı oyunçu ilin sonuna qədər icarə əsasında “Qəbələ”nin formasını geyinəcək.

Qeyd edək ki, Cavadov “Qəbələ”nin yay transfer dövründə heyətinə qatdığı 14-cü futbolçu olub. Ona qədər Andrey Popoviç, Samir Zərgərov, Vadim Abdullayev, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Asif Məmmədov, Vitali Vernidub, Sergey Zenyov, Aleksey Antonov, Vojislav Stankoviç, George Floresku, Ermin Zets və David Pietrzkeviç şimal klubuna transfer olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm