“Qaz müharibələri” məhkəmə salonlarına keçir – Davudoğlu məsuliyyətə cəlb oluna bilər?
Bizi izləyin

Nida.az

“Qaz müharibələri” məhkəmə salonlarına keçir – Davudoğlu məsuliyyətə cəlb oluna bilər?

Avropa qaz bazarı uğrunda davam edən müharibə artıq məhkəmə müstəvisinə qədəm qoyur.


Publika.az xəbər verir ki, Avstriyanın OMV şirkəti “Nabukko” qaz kəmərinin tikintisinin ləğvinə görə Türkiyəni məhkəməyə verməyi düşünür.


Avstriyanın “Format” nəşrinin yazdığına görə, OMV-nin bununla bağlı yaydığı bəyanatda Türkiyəni və Baş nazir Əhməd Davudoğlunun məsuliyyətə cəlb olunması üçün Dünya Bankının arbitraj məhkəməsinə müraciət edəcəyi deyilir.


Şirkət “Türk axını” layihəsində Rusiya ilə anlaşan Türkiyənin “Nabukko” layihəsinin arxivə göndərilməsində əsas günahkar olduğunu iddia edir və zərərlərin qarşılanlamasını tələb edir.


Qeyd edək ki, Azərbaycan və Orta Asiyanın qaz ehtiyatlarını Avropa bazarına çıxaracaq “Nabukko” layihəsindən bahalı və siyasi səmərəsiz olduğu üçün Türkiyə və Azərbaycan tərəfindən imtina olunub. Daha sonra Bakının əsas müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsi gündəmə gəlib. Hazırda bu layihənin əsas hissəsi olan TANAP kəmərində tikinti işləri davam etdirilir. Bu layihə ilkin mərhələdə Azərbaycan qazını, daha sonra isə Türkmənistan qazını Avropa bazarına çıxaracaq. Buna alternativ olaraq, Rusiya “Türk axını” layihəsini irəli sürdü və Ankara ilə razılaşdı. Lakin hazırda “Türk axını” layihəsi dalana dirənib. Ümumilikdə, Avropa bazarı uğrunda ABŞ və Rusiya arasında “qaz müharibəsi” gedir. Belə bir məqamda Avstriya şirkətinin Türkiyəni məhkəməyə verməsi də diqqət çəkən məqamdır.


Asif Nərimanlı




Oxumağa davam et
Reklam
Reklam

Gündəm