“Dəyirman”dan köhnə pərəstişkarlar üçün yeni mahnı - VİDEO
Bizi izləyin

Magazin1

“Dəyirman”dan köhnə pərəstişkarlar üçün yeni mahnı - VİDEO

“Dəyirman” qrupunun keçmiş solisti L-Mir Məhərrəmov yeni işləri ilə dinləyicilərini sevindirməyə davam edir. Belə ki, o, “Ürəyini buz kimi saxla” adlı yeni layihəsini rəsmi “Youtube” kanalına yerləşdirib.

Publika.az xəbər verir ki, “Rooftop” formatında olan layihənin əsas mahiyyəti hər hansı binanın damında canlı ifa etməkdir. Video və audio da elə həmin yerdəcə yazılır.

L-mir Publika.az-a açıqlamasında bildirib ki, işə kreativ yanaşma tərəfdarıdır və yenilikləri sevir:

“Mən məmnuniyyətlə deyə bilərəm ki, bu bizim komandamızla birlikdə Bakıda həyata keçirdiyimiz ilk belə layihədir. Hər şey məhz mən istədiyim kimi alındı. 11 ildən sonra “Dəyirman” qrupunda oxuduğum “Ürəyini buz kimi saxla” trekinə yenidən müraciət etdim. Gənc və çox istedadlı müğənni Əhməd Mustafayev isə mənə bu işdə kömək etdi. Gözəl gitara ifası və azacıq yeniləşdirilmiş nəqərat mahnıya yeni nəfəs verdi. Yeni layihə mənim dinləyicilərim üçün maraqlı olacaq. “Dəyirman” qrupunun köhnə pərəstişkarlarının qəlbində isə xüsusi yer tutacaq!”

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm