Pirotexnika zavodunda partlayışda 5 nəfər öldü
Bizi izləyin

Dünya

Pirotexnika zavodunda partlayışda 5 nəfər öldü

İspaniyanın Saraqosa şəhərinin yaxınlığında yerləşən pirotexnika fabrikində partlayış baş verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər həyatını itirib, 6 nəfər yaralanıb.

Partlayışın səbəbləri dəqiqləşdirilir. Şəhər hakimiyyəti yerli sakinləri hadisənin baş verdiyi əraziyə yaxınlaşmamağa çağırıb. Eyni zamanda xilasedicilər davam edən partlayışlar səbəbindən fabrikin ərazisinə yaxınlaşa bilmirlər.

Məlumata görə, İspaniyanın pirotexnika zavodlarında son 25 il ərzində baş verən qəzalarda 110-dan çox insan həlak olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm