Saçınızı ayırdığınız tərəf xarakterinizi ələ verir - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Saçınızı ayırdığınız tərəf xarakterinizi ələ verir - FOTOLAR

Saçınızı hansı tərəfdən ayırırsınız – sağdan, soldan, ya ortadan? Bəlkə də, sizə inandırıcı gəlməyəcək, amma mütəxəssislər insanın saçını hansı tərəfə ayırdığına fikir verərək bununla onların xarakterləri arasında əlaqə qurmağa çalışıblar. Qəribəsi odur ki, bu cəhdləri uğurlu alınıb. Məlum olub ki, saçına baxıb insanın xarakterini müəyyənləşdirmək mümkündür.

Şəkillərə baxaraq özünüzə və ya xarakterini öyrənmək istədiyiniz hər hansı birinə uyğun olan saç formasını seçin və məxfi məlumatları oxuyun.

A - Cəsarətli

hairparts-0a

Saçını sola ayıran risk etməyi xoşlayır. Heç bir təhlükə gözünü qorxutmur. Çox cəsurdur. Yeniliklərə açıqdır. Ancaq atdığı addımların nəticələri haqqında düşünməməyi çox vaxt başına bəla açır.

B - Sakit

hairparts-0b

Əgər saçını ortadan ayırırsa, deməli, başqalarının fikrinə əhəmiyyət vermir. Rahatlığa üstünlük verir. Sakitdir. Ən çıxılmaz vəziyyətlərdə belə sakitliyini qoruyur.

C - Ənənələrə sadiq

hairparts-0c

Saçını sağa tərəf ayıranlar ənənələrə sadiqdirlər. Başqalarının fikrinə əhəmiyyət verir, hamının dərdini bölüşür, hər vəziyyətdən çıxış yolu tapır. Yeniliklərə qapalı olan bu insanların öz qaydaları, stereotipləri var. Heç kimin bunları yıxmasına icazə vermir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm