Çillərə və günəş ləkələrinə qarşı kətan toxumu maskası
Bizi izləyin

Gözəllik

Çillərə və günəş ləkələrinə qarşı kətan toxumu maskası

Yay aylarında günəş vannası qəbul etməyi hamı xoşlayır. Ancaq ləkə və çillərin yaranacağı ehtimalı yay tətilini bəzən arzuladığımız kimi keçirməyimizə mane olur. Lakin narahat olmağa dəyməz. Dəridəki ləkələrin və çillərin qalıcı olduğu barədə indiyədək formalaşmış təsəvvürün əksinə olaraq, kosmetoloqlar onları yox etməyin elə də çətin olmadığını iddia edirlər.

Publika.az Türkiyənin ən məşhur kosmetoloqlarından olan Suna Dumanqayanın çil və ləkələrə qarşı ən təsirli maska reseptini təqdim edir:

1 çay qaşığı kətan toxumunu qaynadın. Daha sonra soyumasını gözləyin. Əldə etdiyiniz su ilə hər gün ləkəli və çilli bölgələri masaj edin. Maskanı təmizləməyə ehtiyac yoxdur. Bu maskanı üz, qol və sinə bölgəsinə çəkə bilərsiniz.

Qeyd edək ki, kətan toxumu suyu ləkələri və çilləri yox etməklə yanaşı, dərini yumşaldır və nəmləndirir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm