Bilgi.az
Yağış bol yağdı... və Çinqiz xan dünyanı fəth etdi
Çingizxan monqol qəbilələrini bir bayraq altında biləşdirərək, dünya tarixində ən böyük imperiya qurub.
Publika.Az BBC-yə istinadən xəbər verir ki, XIII əsrdə Çinqiz Xan imperiyasının güclənməsi və genişlənməsinin səbəblərindən biri o zaman baş vermiş iqlim dəyişikliyilə bağlı ola bilər.
Monqolustanda qədim ağac kötüklərindəki dövr halqalarını tədqiq edən ABŞ alimləri iddia edirlər ki, Çinqiz Xanın bir sərkərdə və monqol tayfalarının lideri kimi güclənməsi və önə çıxması son 1000 il ərzində Monqolustanda müşahidə edilmiş ən mülayim hava şəraiti dövrünə təsadüf edibmiş.
Alimlər qeyd edir ki, quraqlıq illərindən sonra o dövrdə Monqolustanda uzun müddətə mülayim, günəşli və bol yağışlı havanın bərqərar olması ot kütləsinin gur boyüməsinə, otlaqların, çəmənliklərin kəskin dərəcədə artmasına, nəticədə isə monqolların əsas hərəkət və döyüş vasitəsi olmuş atların daha yaxşı yemlənməsinə və qüvvətlənməsinə səbəb olub.
Monqolların görkəmli hökmdarı və sərkərdəsi olmuş Çingiz Xan monqol qəbilələrini bir bayraq altında biləşdirərək, dünya tarixində ən böyük dövlət olmuş imperiya qurmuşdu.Bu imperiya Asiyadan Avropyadək uzanaraq, müasir Çin, Şimali və Cənubi Koreya, Rusiya, Şərqi Avropa, Hindistan və Cənub-Şərqi Asiya ərazilərini əhatə etmişdi.
ABŞ-ın Elmlər Akademiyasının jurnalında dərc edilmiş məqaləyə əsasən, Çinqiz Xanın hökmranlığı başlamazdan əvvəl Monqolustanın hava şəraiti quraqlığı ilə seçilibmiş.Lakin imperiyanın genişləndiyi 1211-1225-ci illərdə iqlim mülayimləşib, yağışlı və isti hava şəraiti bərqərar olub.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü