Payız manikürünün əsas tendensiyaları - FOTOLAR
Bizi izləyin

Gözəllik

Payız manikürünün əsas tendensiyaları - FOTOLAR

Qarşıdan gələn payız öz eksperimentləri ilə manikür dəbinə də təsir göstərir.

Publika.az xəbər verir ki, manikür dəbində bir neçə tendensiya var. Bu yazıda modapərəst xanımlar payızın manikür dəbi ilə yaxından tanış ola bilərlər.

Həndəsi

Bu payız həndəsi xətlər manikürdə də hiss olunacaq. Mütəxəssislər manikürdə əvvəlcə rəngi seçməyi, teksturanı sonra müəyyənləşdirməyi məsləhət görürlər. Publika.az-ın gözəllik bölməsi xəbər verir ki, zolaq, üçbucaq, kvadratlar formasında naxışlar çox dəbdədir. Məsələn, “Christian Louboutin”, “Kenzo” kimi markaların payız kolleksiyasını da həndəsi naxışlar təmsil edir.

Zoğalı

Bu payız, əlbəttə ki, zoğalı boya olmadan ötüşməyəcək. Yeni mövsümdə zoğalının qaraya çalan tonları daha aktual olacaq. Bu rəngin ən gözəl çalarlarını, əsasən, “Giorgio Armani”, “Derek Lam”, “Rebecca Minkoff” kimi markalardan əldə edə bilərsiniz.

Metal parıltısı

Son vaxtlar o qədər də məşhur olmayan metal rəngli laklar yenidən dəbə qayıdır! Əsas qayda: rəngli laklar qısa dırnaqlara daha çox yaraşır. Bir də çalışın ki, onların əsasən, sakit, neytral və mirvari tonlarını əldə edəsiniz.

Boz

Ən gözəl payız rəngi sözsüz ki, bozdur. Bu payız dırnaqları bozun yumşaq çalarları bəzəyəcək. Əslində, bozun hansı çalarının olmasının fərqi yoxdur. Sadəcə, dırnaqlarınıza və əlinizə yaraşan tonu seçməlisiniz.

Açıq qəhvəyi

Qəhvəyinin açıq tonları hazırda aktual olan təbii makiyajla yaxşı uyğunlaşacaq. Payız üçün ən sakit tonları seçin.

Yaşılın tünd çalarları

Yeni mövsümdə yaşılın bir çox çalarları təklif olunub. Gözəllik mütəxəssisləri isə yaşılın ən çox tünd və zümrüd rənglərinin dəbə minəcəyini proqnozlaşdırır. Yaşılın qeyri-adi çalarlarına isə “Nicole Miller”, “Desigual”, “Preen” markalarının payız kolleksiyalarında rast gələ bilərsiniz.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm