Nida.az
DİQQƏT: İŞİD evinizdə peyda ola bilər – Ehtiyatlı olun!
Hər şey miladi təqviminin ilk əsrində yəhudilərin Romaya qarşı üsyanı ilə başladı və terror bəşəriyyətin tarixində özünə yer etdi. Yəhudi üsyançılar terroru seçərək Roma işğalına qarşı mübarizə aparırdı. Zaman keçəcək, Fransada yakobinçilər, Rusiyada bolşeviklər, qırmızı qvardiyaçılar və digərləri “bəşəriyyəti mənəvi korrupsiyadan xilas etmək üçün” terroru əsas vasitə seçəcəkdi. Bəşəriyyət terror bataqlığına yuvarlandı.
“Terrorun irqi, dini, milləti yoxdur”. Tez-tez siyasətçilərin dilindən bunu eşidirik. Həqiqətən də, terror hansısa ölkəyə deyil, bütün dünyaya qarşı təhlükəyə çevrilib. 100 il öncə Həsən Sabbahın yaratdığı deyilən müasir kamikadzelərdən heç bir ölkə sığortalanmayıb. Onlar hər an hər yerdə peyda ola bilirlər.
XXI əsrdə dünya Taliban, Əl-Qaidə və İŞİD terrorunu dadıb. Hərçənd
bütün bunların arxasında hansısa qüvvələrin dayanmasına dair
yetərincə iddia və arqumentlər mövcuddur. Misal üçün, məşhur qərbli
araşdırmaçı Lorreta Napoleoni yazır: “Terror o qədər yaxşı
biznesdir ki, heç kəs onun kökünü kəsmək istəmir”.
Napoleoniyə görə, terrorun arxasında dayananlar da məhz Qərbdəki
qüvvələrdir.
“Terrorçular yaxşı birja oyunçularıdır. 9/11-dən
(Nyu-Yorkda 11 sentyabr hadisələri –red.) öncəki həftə müəyyən
sahələrdə qeyri-adi qiymət yüksəlişi müşahidə olunmağa başladı.
Misal üçün, daşıma, sığorta və enerji sahələrində. 9/11 hücumuna
cəlb olunmuş “American Airlines” və “US Airlines” kampaniyalarının
hissələri hədəf alınmışdı. Oxşar məlumatlar sığorta sahəsində də
müşahidə olundu. Hücum sonrası həftəsonu Almaniyanın Bundesbankının
prezidenti Ernst Velteke qəbul etdi ki, terrorçular tərəfindən
“insider-tradinq” həyata keçirilib və əlavə etdi ki, əmtəə bazarı
da hədəf seçilib. Sentyabrın 12-si neftin qiyməti 13 faizdən çox,
qızılın qiyməti 3 faiz qalxdı. Qiymətlər həftə boyu qalxmağa davam
elədi”, - deyə yazır.
Və təbii ki, bütün bunların arxasında siyasi maraqlar da mövcuddur.
ABŞ-ın keçmiş dövlət katibi, hazırda bu ölkənin prezidenti olmağa
iddialı Hillari Klinton özünün “Çətin Seçim” (Hard Choices)
kitabında dolayısı ilə İŞİD-i ABŞ-ın yaratdığını və bununla Yaxın
Şərqin coğrafiyasında dəyişiklərə nail olacaqlarını etiraf
edir.
Terrorun kimlər tərəfindən və niyə dəstəkləndiyi, müasir “xilafəti”
hansı qüvvələrin və nə üçün yaratdığına dair yetərincə ehtimallar,
arqumentlər sadalamaq olar. Əsas olan, bu terrorun hədəfi ola
biləcək ölkələr və son dövrlər yaranan təhdidlərin mahiyyəti, bizim
üçünsə Azərbaycanın bu təhlükədən hansı dərəcədə
sığortalanmasıdır.
Azərbaycanın yerləşdiyi coğrafiya, xüsusilə Şimali Qafqazda 20
ildən artıq bir müddətdə radikalizmin mövcudluğu bu təhlükəni
aktuallaşdırır. Bu günə qədər müxtəlif radikal qruplaşmalar, elə
İŞİD-in özü tərəfindən də Azərbaycana praktiki və qiyabi təhdidlər
olsa da, hüququ-mühafizə orqanlarının ayrılığı nəticəsində bu
təhdidlərin qarşısı vaxtında alınıb. Amma bu, təhlükənin tam aradan
qalxdığı demək deyil. Xüsusilə, İŞİD qruplaşması tərkibində hələ də
azərbaycanlıların döyüşməsi bu təhlükəni daim ön planda saxlayır.
Yerli və xarici ekspertlərin fikrincə, İŞİD tərkibində müxtəlif
ölkələrdən vuruşan döyüşçülər öz ölkələri üçün həmişə təhlükə
mənbəyi olaraq qalmaqdadır. Çünki onlar geri qayıdarkən, özləri ilə
təhlükəli cihad fikirlərini də evlərinə gətirirlər.
Bu günlərdə sosial şəbəkələrdə yayılan videogörüntü təhlükənin
Azərbaycan üçün aktuallığını bir daha sübut etdi. Belə ki, videoda
İŞİD-in azərbaycanlı döyüşçüləri danışır və Azərbaycan
vətəndaşlarını cihada səsləyirlər. Bu çağırışın ciddi nəticələri
olmasa belə, ona qulaq asıb “cihada” yollananların olması ehtimalı
mövcuddur. Xüsusilə gənc nəslin terror qruplaşmasına qoşulması
ehtimalı böyükdür. Çünki İŞİD özünə tərəfdarları toplayarkən əsasən
gənc nəslin nümayəndələrinə üz tutur və bu təbliğat xüsusilə sosial
şəbəkələr üzərindən aparılır. “Youtube”, “Twitter”, “Facebook” kimi
böyük sosial şəbəkələr İŞİD-in təbliğat kampaniyasının əsas
vasitələridir. Terror təşkilatı son dövrlər “İnstagram”, “Vkontakt”
kimi şəbəkələrə də sıza bilib.
Terrorçular sosial şəbəkələrdən iki istiqamət üzrə istifadə
edir.
1. Öz güclərini nümayiş etdirmək və qorxu
yaratmaq
2. Yeni üzvləri cəlb etmək
Siyasətşünas-filosof Jon Grey yazır: “Cihadçılar sosial
şəbəkələrdən olduqca peşəkarcasına istifadə edirlər.
Veb-saytlarında hesabat formatında detallarınadək qəbul etdikləri
qərarlar, keçirdikləri əməliyyatlar, intiharçı hücumlar, qətllər,
edamlar, cəzalandırmalar barədə məlumatlar yerləşdirilir. İŞİD
düşmənlərini necə cəzalandırdığını lentə alıb internetdə
yerləşdirir. Bu, düşünülmüş, illərlə təkmilləşdirilən bir
strategiyadır. Başı kəsilmiş, edam olunmuş düşmənlərinin videosunu
çəkib yaymaqla İŞİD bir neçə məqsədinə nail olur: qarşıduran tərəfi
dərhal vahiməyə salır, qorxu və dəhşət hissi yaradır, nəzarətdə
olan ərazilərdə onların yolundan dönənləri nə gözlədiyini nümayiş
etdirərək, camaatın canında tabeçilik hissini dərinləşdirməyə
çalışırlar”.
Beləliklə, “xilafətin” gücü nümayiş olunur və təşkilata qoşulub
sonradan peşman olanlar geri qayıtmaq üçün qorxuya qalib gələ
bilmirlər.
Yeni üzvlərin cəlb edilməsi üçün də sosial şəbəkələr İŞİD üçün
əvəzedilməz vasitədir. Misal üçün, bu ilin əvvəlində təşkilata
qoşulan britaniyalı müsəlman qız Ayşə eyni üsulla cəlb olunub.
Günlərin birində onun “Facebook” hesabına “Sən çox cazibədarsan”
mesajı gəlir. 17 yaşlı yeniyetmə qız üçün bu olduqca romantik
ismarışdır. Ona yazan gənc “Sən çox gözəlsən. İndi bu zinəti yad
gözlərdən qorumaq, örtmək vaxtı yetişib. Sən artıq tanrıya, cənnət
və cəhənnəmə inandığın vaxt, biri sənə deyir ki, bunu-bunu etməsən,
cəhənnəmə yollanacaqsan” deyə bildirir.
Ayşə İŞİD-çi gəncin toruna düşür və Suriyaya yollanır.
“Cihada çıxan həmin gəncə, nə qədər ki o sağ idi, ona qoşulmaq
istəyi yaranırdı. O şəhid olandan sonra isə ona cənnətdə qovuşmaq
istəyirsən”, - deyə Ayşə bildirir.
Göründüyü kimi, İŞİD gənc oğlan və qızları asanlıqla öz toruna sala
bilir.
Qeyri-rəsmi məlumatlara görə, terror təşkilatının tərkibində 100-ə qədər azərbaycanlı döyüşür ki, onların əksəriyyəti gənclərdir. Bu şəxslər də onları Suriya və İraqa aparan İŞİD-çilərlə əsasən sosial şəbəkələr vasitəsilə təmas yaradıblar. Hazırda dövlət səviyyəsində buna qarşı aparılan mübarizə Azərbaycandan İŞİD-ə qoşulanların sayını xeyli azaldıb. Amma unutmaq lazım deyil ki, onlar hər birimizin evindəki kompüterdə peyda ola bilərlər. Bu baxımdan, dövlətlə yanaşı cəmiyyət olaraq da buna qarşı mübarizə aparmalı, gənclərin tora düşməsinin qarşısını almalıyıq. Məşhur ifadədə deyildiyi kimi: “Hər birimiz öz evimizdən başlamalıyıq”.
Asif Nərimanlı
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar