Britni Spirs seriala çəkilir
Bizi izləyin

Magazin2

Britni Spirs seriala çəkilir

Amerikalı müğənni Britni Spirs “Bakirə Ceyn” serialında rol alacaq.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, superulduz məlumatı təsdiq edib.

“Hələ məşhurlaşmadan həmin serialı izləyirdim. Sevinirəm ki, məni həmin seriala aktrisa kimi dəvət ediblər”.

Britnidən başqa amerikalı pop müğənni Keşa da həmin serialda rol alacaq. O, Annabel obrazını canlandıracaq. Mənfi rolda olan Keşa uşaqlardan zəhləsi gedən biri olacaq.

“Bakirə Ceyn” serialı Amerikada ən çox baxılan tragikomediyadır. Serialda bakirə qızın süni mayalanma ilə ana olmasından söhbət açılır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm