Homoseksual olduqlarını açıqlayaraq fanatlarını şoka salan yaraşıqlılar – FOTOLAR
Bizi izləyin

Magazin2

Homoseksual olduqlarını açıqlayaraq fanatlarını şoka salan yaraşıqlılar – FOTOLAR

Əksər gənc qızların bəyəndiyi, pərəstiş etdiyi yaraşıqlı aktyor və ya müğənni var. Bəs, dünyanın ən yaraşıqlı kişisi hesab etdiyiniz ulduzun homoseksual olduğunu öyrənsəniz, nə hiss edərdiniz?

Publika.az homoseksual olduğunu açıqlayaraq fanatlarını şoka salan yaraşıqlıları təqdim edir:

Riki Martin

Dünyanın ən yaraşıqlı və seksual kişilərindən biri hesab edilən Riki Martin bir müddət haqqında yayılan iddialara səssiz qalsa da, sonradan homoseksual olduğunu etiraf edərək hər kəsi şoka salıb. Müğənni hazırda surroqat ana sayəsində iki oğul sahibdir.

Uentrourt Miller

Reytinq rekordları qıran “Prison Break” serialının ulduzu Uentrourt Miller də homoseskaul olduğunu etiraf edən aktyorlardandır.

Mett Bomer

Mett Bomer o qədər yaraşıqlıdır ki, hətta “Bozun 50 çaları” filminin əsas obrazını canlandırması da təklif edilib. Seksual baxışları və uzun boyu ilə ürəkləri fəth edən aktyor homoseksual olduğunu gizlətməyən ulduzlardandır.

Nil Patrik Harris

“How met your mother” serialında şorgöz kişi obrazını canlandıran Nil Patrik real həyatda qadınların üzünə belə baxmır.

Adam Lambert

Hazırda "Ghost town" adlı mahnı ilə gündəmdə olan Adam Lambert musiqi sektoruna daxil olduğu ilk gündən bəri homoseksual olduğunu açıq şəkildə bəyan edib. Buna baxmayaraq, fanat kütləsi qadınlardan ibarətdir.

Şayenn Cekson

Amerikalı müğənni Şayen də qadınları təəssüfləndirən məşhurlardandır.

Mett Dallas

“Kyle XY” adlı serialı sayəsində məşhurlaşan aktyor gənc qızların ürəyində taxt qursa da, homoseksual olduğunu açıqlayaraq həmin taxtı yerlə yeksan edib.

Tom Ford

Son dövrün ən populyar dizayneri Tom Ford da homoseksual olduğunu etiraf edən ulduzlardandır. Ancaq fanatları hələ də bu yaraşıqlı və xarizmatik dizaynerin homoseksual olduğuna inanmaq istəmirlər.

Don Lemon

Amerikalı məşhur jurnalist və aparıcı Don Lemon homoseksual olduğunu açıqlayaraq hər kəsi şoka salıb.

Mark Ceykobs

Həmkarı Tom Ford kimi Mark Ceykobs da qadınları təəssüfləndirən məşhurlardandır.

Anderson Kuper

Məşhur jurnalist, aparıcı və yazar Anderson Kuper də homoseksual olduğuna inanmaq istəmədiyimiz məşhurlardan biridir. Ağarmış saçları, mavi gözləri ilə ən xarizmatik kişilərdən biri hesab edilən Anderson Kuper gələcəkdə həmcinsi ilə evlənə biləcəyini açıqlayıb.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm