Rus saytı Ağdamdan yazdı: “Müharibə dəhşəti, insan qəddarlığı, ağılsızlığın abidəsi...” - FOTOLAR
Bizi izləyin

Nida.az

Rus saytı Ağdamdan yazdı: “Müharibə dəhşəti, insan qəddarlığı, ağılsızlığın abidəsi...” - FOTOLAR

Rusiyanın “A news.com” saytı hazırda erməni silahlı birləşmələrinin işğalı altında olan və düşmənin barbarlıqla dağıtdığı Ağdam şəhərindən yazıb.

Publika.az xəbər verir ki, məqalədə qondarma rejimin qəsb etdiyi qədim Azərbaycan şəhərinin illərdir dağıdılmış vəziyyətdə qaldığı vurğulanır: “Tanınmayan “Dağlıq Qarabağ Respublikasında” yerləşən, Azərbaycana məxsus Ağdam şəhərində vaxtilə 50 min əhali yaşayırdı. Şəhər bu gün tamamilə dağıdılmış, qanqal basmış vəziyyətdədir. Bu, əsl müharibə dəhşəti, insan qəddarlığı, ağılsızlığının abidəsidir.

Şəhərin ayrı-ayrı yerlərində üzərində insan skeletinin rəsmi olan xəbərdarlıq lövhələri var: “Ehtiyatlı olun, ərazi minalıdır”. Turistlər deyirlər ki, dağıdılmış şəhər insana hansısa başqa aləmdə olması təsəvvürü bağışlayır. Burada həyat dayanıb”.

Nəşr yazır ki, şəhərdə yalnız XIX əsrin ikinci yarısında inşa edilmiş qədim məscid yaxşı vəziyyətdədir: “Qarabağ müharibəsi zamanı bura öldürülmüş insanların cəsədlərini gətirirdilər. Lakin indi o, gündüz şəhərin dağıntıları arasında gəzən mal-qaranın otlaq və gəzinti yerinə çevrilib. İndi onu mədəniyyət abidəsi kimi bərpa etmək istəyirlər. Əgər ona məscid demək mümkünsə...”

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm