İlqar Mikayıloğlu ATV-dəki verilişindən uzaqlaşdırıldı
Bizi izləyin

Magazin1

İlqar Mikayıloğlu ATV-dəki verilişindən uzaqlaşdırıldı

ATV-nin məşhur cütlüyü İlqar Mikayıloğlu və xanımı Zülfiyyə Bayramova daha “Gün üzü”nə çıxmayacaq.

Publika.az xəbər verir ki, onları yeni mövsümdən hər səhər ekranlarda görmək mümkün olmayacaq. Bu barədə Zülfiyyə Bayramova məlumat verib.

“Layihəmiz dəyişib. “Gün üzü” verilişində nə mən olacağam, nə də İlqar. Ayrı layihə ilə tamaşaçıların qarşısına çıxacağıq. Yeni layihədə də İlqar ilə birlikdə veriliş aparacağıq. Artıq bizi səhər verilişində görməyəcəksiniz”.

Onu da əlavə edək ki, İlqar Mikayıloğlu və Zülfiyyə Bayramovanın yeni layihəsi şou xarakterli olacaq.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm