Payızda dəbdə olacaq rənglərin proqnozu - FOTOLAR
Bizi izləyin

Dəb

Payızda dəbdə olacaq rənglərin proqnozu - FOTOLAR

Bu il payız-qış mövsümünün dəbdə olan rəngləri zəngin palitrası ilə fərqlənir. Dizaynerlər bu mövsüm heç bir gender bərabərliyi qoymadan olduqca demokratik dəb yaradıblar. Belə ki, xanımlara təqdim olunan seçim azadlığı onlara özünəməxsus geyim tərzini vurğulamaq üçün ideal şərait yaradacaq.

Publika.az-ın dəb bölməsi xarici KİV-ə istinadən xəbər verir ki, indiyə qədər adətkar olduğumuz tünd qış rəngləri, bu mövsüm qarderobumuzda üstünlüyünü itirəcək. Əvəzində isə yeni mövsümə xəyal gücünün sərhədlərini aşan canlı rənglər damğa vuracaq.

"Pantone” - Amerika Rəng Təşkilatının ekspertləri payız və qış mövsümündə hakim olacaq rənglərin reytinqini hazırlayıblar. Gəlin, bu mövsümə damğasını vuracaq rəngləri birlikdə araşdıraq...

Bənövşəyi - Orxideya

Bu rəng payız-qış mövsümü üçün tamamilə qeyri-standart rəngdir. Bununla yanaşı, tutqun rənglərin əhatəsində kifayət qədər təsirli görünür. Digər rənglərlə uzlaşdırmaq üçün sizə yalnız incə estetik duyum lazımdır.

Аметистовая орхидея

Çəhrayının solğun tonları

Çəhrayının açıq və solğun tonları payız dəbinə də daxil olub. Yumşaq çəhrayı tonları qalın qış geyimlərinə yalnız cəzbedici sakitlik və rahatlıq verir.

Кашемировая роза

Diqqətçəkən narıncı

Bu mövsüm narıncını diqqətdən kənarda qoymayın. Çünki payızda dəbdə olan rənglərin reytinqində narıncı da var. Bu rəngin parlaqlığını yumşaltmaq üçün qara kimi boğan rənglərlə birləşdirin.

Оранжевый кадмий

Tünd-göy və ya qaranlıq səma

Elə bilməyin ki, payız-qış aylarında ancaq cəlbedici rənglər dəbdə olacaq. “Pantone” rəng təşkilatının proqnozuna görə, payız və qış aylarında bizi klassik göyün tünd çalarları da gözləyir. Bu rəngdən, əsasən, şalvar və paltolarda istifadə olunub.

Отражение в пруду

Firuzəyi tonlar

Dənizin dərinliklərini xatırladan firuzəyi tonların da 2015-2016-cı ilin payız-qış mövsümündə dəbdə olacağı proznoqlaşdırılır.

Бискайский залив

Zoğalı rəng

Ötən il haqqında ağızdolusu danışdığımız zoğalı tonlar bu il də bizimlə olacaq. Şərab çalarları işgüzar qadın qarderobunda daha çox yer tutacaq.

Марсала

Tutqun sarı

2015-2016-cı ilin payız-qış palitrasını Günəşin rəngi olmadan təsəvvür edə bilmərik! İsti, müsbət və ürəkaçan tutqun sarı qış mövsümündə qarşımıza çıxan sarıların ən yumşaq variantdır. Xüsusilə, naxışlarda tez-tez rastımıza çıxacaq bu rəng tonu bahar gələnə qədər öz nüfuzunu qoruyacaq. Yeri gəlmişkən, xatırladaq ki, sarı tünd rənglərlə uzlaşır və onların gözəlliyini daha yaxşı vurğulayır.

Желтый дуб

Bozun 50 çaları

Bu qədər canlı rəng arasında mütləq bir boz ton olmalıdır. Payız-qış mövsümünün əvəzolunmazı olan bozun ən şirin tonu alüminium yüngül asfalta çalan rəngdir. Həmin rəngi palitradakı digər bütün rənglərlə - sakit, eyni zamanda bir çox mürəkkəb tonlarla kombinə etmək mümkündür.

Шторм

Sərv yaşılı

Sərv ağaclarından götürülmüş bu ton son dərəcə füsunkar və güclü təsir bağışlayır. Mövsüm palitrasındakı bütün rənglərlə möhtəşəm ahəng yaradan sərv tonu istənilən dəri rənginə yaraşır. Bu rəng bədəndəki nöqsanları gizlətmək və sahibinin təbii cazibəsini vurğulamaq kimi xüsusiyyətlərə malikdir. Rəngin geyimdə solo ifası da olduqca maraqlı görünür.

Увядшая трава

Qeyd edək ki, sadalananların hər biri ayrı-ayrılıqda sadə olmasına baxmayaraq, bir neçə rənglə birləşdirildikdə olduqca maraqlı görünür.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm